ABŞ əsgərləri öz ölümlərini lentə aldılar – FOTO - VİDEO

ABŞ əsgərləri öz ölümlərini lentə aldılar – FOTO – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Mali ilə sərhəd ərazisində patrul xidməti aparan amerikalı və nigeriyalı hərbçilər İŞİD yaraqlılarının pusqusuna düşüb.

Hələ ötən ilin oktyabrında baş vermiş döyüşün videogörüntüləri bu gün yayılıb.

Bildirilir ki, 11 amerikalı “yaşıl beretli”, 30 Nigeriya ordusunun hərbçisi və tərcüməçilərdən ibarət patrul oktyabrın 3-də bazadan çıxıb.

Onların sıravi bir missiya yerinə yetirəcəyi və düşmənlə toqquşmanın olmayacağı planlaşdırılıbmış.

Lakin patrul zamanı hərbçiləri terrorçuların başçısının olduğu ərazini yoxlamağa göndəriblər. Yaraqlıları bazada tapmayan xüsusi təyinatlılar geriyə qayıdarkən pusquya düşüblər.

Dəstənin bir hissəsinin pusquya düşdüyü barədə məlumat aldıqdan sonra ikinci qrup onların köməyinə gedib. Hadisə yerinə gələn hərbçilər yüksək keçidli maşınların arxasında gizlənərək, hücum edənlərlə döyüş aparan bir neçə «yaşıl beretli»ni aşkarlayıblar.

Atəşi İŞİD yaraqlıları üzərində cəmləyən amerikalı və nigeriyalı hərbçilər avtomobillərin arxasında gizlənərək, geri çəkilməyə cəhd göstəriblər. Onlar özlərinə atəş açanların işini çətinləşdirmək üçün tüstü qumbaralarından istifadə ediblər.

Atışmada ABŞ xüsusi təyinatlılarından biri ölümcül yara aldıqdan sonra digər ikisi gizlənməyə çalışır, lakin təqib edən yaraqlılardan xilas ola bilmirlər.

Qeyd olunur ki, döyüş nəticəsində 35 yaşlı ştab-serjant Brayan Blek, 39 yaşlı ştab-serjant İeremiya Conson və 29 yaşlı ştab-serjant Dastin Rayt öldürülüb. Həlak olan başqa bir hərbçi və iki yaralının adları açıqlanmır.

Döyüşdə dörd nigeriyalı hərbçi də öldürülüb.

Qanlı toqquşmanın ABŞ hərbçilərindən birinin başına bərkidilmiş kamera ilə qeydə alınmış görüntülərini təqdim edirik. //oxu.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar