ABŞ generalından Türkiyəyə təhdid - "Münbiçdən çıxmırıq, mənim işim savaşmaqdır"

ABŞ generalından Türkiyəyə təhdid – “Münbiçdən çıxmırıq, mənim işim savaşmaqdır”
Want create site? Find Free WordPress Themes and plugins.

YPG / PYD-nin əlində olan Münbiçi ziyarət edən ABŞ generalı Funk Amerikan əsgərlərinin bu bölgədə qalacağını bildirib.

A24.az xəbər verir ki, Türkiyə Afrində təşkil etdiyi Zeytun budağı əməliyyatı ilə Münbiçə girəcəyi ilə bağlı siqnalını verərək ABŞ-ı Münbiçdən hərbi qüvvələrini çəkməsi mövzusunda xəbərdar etmişdi.

İŞİD-lə mübarizə koalisiyasının ən üst səviyyəli ABŞ komandiri Paul E. Funk ABŞ qüvvələrinin Münbiçdə qalacağını söyləyib. Funk Münbiçin İŞİD-dən təmizləndiyini və bunun “qalıcı olmasını təmin etmək üçün bölgədə olduqlarını” qeyd edib.

Associated Pressin xəbərinə görə, ABŞ-lı hərbi heyətin Münbiç səfəri zamanı jurnalistlərin suallarını cavablayan General Funk Amerika hərbi  qüvvələrinin kürd müttəfiqlərini dəstəkləmək və Türkiyənin başlatdığı əməliyyatın davam etmə təsirini azaltmaq üçün Münbiçdə olduğunu bildirib.

Funk Türkiyənin etdiyi xəbərdarlıqdan narahat olub olmadığına dair verilən sualını isə, “Xeyr, mənim işim narahat olmaq deyil. Mənim vəzifəm savaşmaqdır” – deyərək cavablandırıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar