ABŞ-ı etiraz dalğası bürüdü: on minlərlə insan tələb edir...

ABŞ-ı etiraz dalğası bürüdü: on minlərlə insan tələb edir
Want create site? Find Free WordPress Themes and plugins.

Başda Nyu York olmaqla, ABŞ-ın bir çox ştatında yüzminlərlə insan küçələrə axışaraq, ölkədə silah satışının məhdudlaşdıran yeni qərarların verilməsini tələb edib.

A24.az xəbər verir bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, Florida ştatında məktəbə 17 nəfərin həyatını itirməsi ilə nəticələnən silahlı hücumdan sonra başlayan silah satışının məhdudlaşdırılması ilə bağlı kampaniya yenidən gündəmə gəlib.

ABŞ-ın bir çox yerində təşkil edilən aksiyalara məşhur “Bitlz” qrupunun üzvü Pol Makkartni də qoşulub. O, 1980-ci ildə silahlı hücum zamanı ölən ingilis musiqiçi Con Lennonun Nyu Yorkda qaldığı otelin qarşısında “Silah şiddətinə son qoya bilərik” sözləri yazılan köynəyi ilə aksiya iştirakçılarına dəstək verib.

Yalnız Vaşinqtondakı aksiyaya yarım milyondan çox insanın qatılacağı bildirilib.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Tramp yarımavtomatik silahları avtomatik silahlara çevirən aparatların istifadəsini qadağan edib.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar