A24 Xeber

ABŞ illər sonra etiraf etdi: “İraq və Suriyaya hava hücumlarımızda…”

ABŞ illər sonra etiraf etdi: “İraq və Suriyaya hava hücumlarımızda…”
36
27 Aprel 2018 - 0:30

ABŞ-ın İŞİD-lə Döyüş Koalisiyanın hesabatında, 2014-cü ildən bu vaxta qədər İraq və Suriyada həyata keçirdiyi hava hücumlarında 883 mülki vətəndaşın öldüyü bildirilib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, hesabatda, “Bu an etibarilə əldə edilən məlumatlar əsasən Birləşmiş Birgə Vəzifə Gücünün (CJTF-OIR) qiymətləndirmələrinə görə, Təbii Qətiyyət Hərəkatının başladığı gündən bu günə qədər koalisiyanın hücumları nəticəsində səhvən 883 mülki vətəndaş öldürülüb”, – deyə bildirilib.

ABŞ rəhbərliyindəki İŞİD Əleyhinə Koalisiyanın Suriyadakı hücumları nəticəsində ortaya çıxan mülki itkilər, uzun müddətdir mübahisə məsələsi idi.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00