A24 Xeber

ABŞ-ın BMT-dəki səfirindən şok etiraf: “BMT-yə nifrət edirəm”

ABŞ-ın BMT-dəki səfirindən şok etiraf: “BMT-yə nifrət edirəm”
64
06 Aprel 2018 - 15:38

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu təşkilatda daha əvvəl ölkəni təmsil etmiş və hazırda prezidentin müşaviri olan Con Bolton kimi, BMT-yə nifrət etdiyini bildirib.

“A24.az” bildirir ki, bu barədə o, Şimali Karolina ştatında yerləşən Duk Universitetində (Duke University) tələbələrin suallarını cavablandırarkən deyib.

Heyli BMT-ni 2014-cü ildə Rusiya Krımı işğal və ilhaq etdiyi zaman, eləcə də Suriya məsələsində və Skripal olayında fəaliyyətsizlikdə günahlandırıb: “2014-cü ildə Rusiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə Avropanın sərhədlərini pozaraq Ukrayna ərazisinə müdaxilə edib, Krımı udarkən BMT dayanıb baxırdı. Rusiya öz əməllərini Ukraynanın şərqində davam etdirir”.

Heyli Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və qızının zəhərlənməsinə toxunaraq qeyd edib ki, Rusiyanın bu hadisə ilə əlaqəsi, eləcə də Suriyadakı fəaliyyətinə BMT tərəfindən lazımi reaksiya verilmir, halbuki beynəlxalq ictimaiyyət xüsusən Skripal məsələsində vahid mövqeyə malikdir: “Kim deyir ki, Rusiya belə şey edə bilməz? Belə hadisələr Nyu Yorkda, Vaşinqtonda və ya Şimali Karolinada da baş verə bilər”.

Qeyd edək ki, ABŞ prezidentinin yeni milli təhlükəsizlik müşaviri Con Bolton kiçik Corc Buş dövründə BMT-də səfir olub. O, təşkilatın siyasiləşdiyini və qeyri-effektiv olduğunu bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00