ABŞ-ın hərbi jurnalı: "Su-35" Rusiyanın ən güclü döyüş təyyarəsidir

ABŞ-ın hərbi jurnalı: “Su-35” Rusiyanın ən güclü döyüş təyyarəsidir
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya istehsalı olan Su-35 və Su-57 qırıcı təyyarələrini müqayisə edən ABŞ-ın hərbi jurnalı “The National Interest” 5-ci Nəsil Su-57 təyyarələrinin Rusiya Hava-Kosmik Qüvvələrində yaxın zamanda Su-35-ləri əvəvz etməsi ehtimalının çox aşağı olduğunu yazıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, jurnalın dərc etdiyi məqalədə Su-35 qırıcı təyyarənin müəyyən olunan hədəflərə ağır zərbələr endirmə qabiliyyətinə malik olan “ən güclü rus döyüş təyyarəsi olduğu bildirilib.

Yazıda həmçinin uzun müddətdir ki, ordunun xidmətində olan Su-35-lərin hərbi keyfiyyətlərini sübut etdiyini bu səbəbdən inkişaf etdirilən ən yeni Su-57 qırıcı təyyarəsinə yatırılan vəsaitlərin “şübhə doğuracağını” vurğulayıb. Su-57nin bazasında “Su-35l”lər üçün inkişaf etdirilən sistemlərin yerləşdiyi bildirilən məqalədə, yeni inkişaf etdirilən modeldəki ən mühüm xüsusiyyət təyyarənin gözəgörünməzliyini artıracağı irəli sürülən planer olduğu vurğulanıb. Daha əvvəl Rusiyanın Zvezda telekanalı Ryazan bölgəsində keçirilən Aviadarts-2018 hərbi aviasiya müsabiqəsi zamanı 5-ci nəsil Su-57 qırıcı təyyarələrinin həyata keçirdiyi döyüş manevrinin görüntülərini yayımlamışdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar