A24 Xeber

ABŞ-ın müdafiə naziri 30 aprel gecəsi baş verənləri inkar etdi

ABŞ-ın müdafiə naziri 30 aprel gecəsi baş verənləri inkar etdi
37
01 May 2018 - 8:48

ABŞ aprelin 30-a keçən gecə Suriya ərazisinə zərbələr endirməyib.

“A24.az”ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Həmin gecə tərəfimizdən Suriya ərazisinə zərbələr endirilməyib”, deyə Pentaqon rəhbəri vurğulayıb.

Aprelin 30-a keçən Həma və Hələb şəhərləri yaxınlığında Suriya ordusuna məxsus hərbi obyektlər raket atəşinə tutulub. Həma yaxınlığında hərbi anbarın raket atəşinə tutulması nəticəsində güclü yanğın baş verib.  Hücumun kim tərəfindən törədildiyi indiyədək məlum deyil.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00