ABŞ-ın “S-400”-lərlə bağlı qorxusunun SİRRİ AÇILDI

ABŞ-ın “S-400”-lərlə bağlı qorxusunun SİRRİ AÇILDI
Want create site? Find Free WordPress Themes and plugins.

“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın “Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini təhlükə altına qoya bilər.

A24.Az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.

“Mən müasir “F-35” təyyarələrinin Türkiyəyə verilməsini dəstəkləyirəm. Amma onlar Rusiyadan “S-400” sistemlərini əldə edərsə, bunun əleyhinəyəm. Bu addım Birləşmiş Ştatlar və müttəfiqlərimizin milli təhlükəsizliyini təhlükə altına qoya bilər”, – nəşr Amerika senatoru Kris Van Hollendən sitat gətirib.

O hesab edir ki, Ankaranın “S-400” sistemlərinə malik olması ruslara “F-35” qırıcı-bombardmançıların imkanlarını qiymətləndirməyə və onun zəif tərəflərini aşkar etməyə imkan verəcək.

Britaniya deputatı Mark Fransua da amerikalı həmkarı ilə razılaşıb. O vurğulayıb ki, Böyük Britaniya “F-35” layihəsinə böyük sərmayə qoyur və “stels” texnologiyası ilə əlaqədar zenith-raket sistemlərinin Türkiyəyə satışına qarşı çıxır.

“Bu, şübhəsiz ki, Britaniyanın Müdafiə Nazirliyində narahatlıq yaradacaq. Tamamilə görünür ki, ruslar onlardan istifadə etməyə çalışırlar”, – britaniyalı deputat hesab edir.

Qeyd edək ki, Türkiyə mümkün 100 “F-35”-dən 30-nu artıq sifariş edib. Qırıcı-bombardmançı “stels” texnologiyasından istifadə ilə layihələşdirilib və nüvə hərbi yüklərini daşımağa qadirdir. Qırıcının hazırlanması layihəsində ABŞ-la birlikdə səkkiz ölkə iştirak edir: Avstraliya, Böyük Britaniya, Danimarka, İtaliya, Kanada, Niderland, Norveç və Türkiyə. Bundan başqa, təyyarələr İsrail və Yaponiya alır.

Avropa və Avrasiya işləri üzrə ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell iyunun 26-da xəbərdarlıq edib ki, Türkiyənin “S-400” sistemlərini əldə etməsi Ankara barəsində sanksiyaların tətbiqinə və ikitərəfli münasibətlərin keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Bundan başqa, Mitçell vurğulayıb ki, ABŞ “F-35”-lərin Türkiyəyə çatdırılmasından imtina edə bilər.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar