ABŞ-ın S-500 qorxusu: "Kompleksin gizli sınaqları keçirildi"

ABŞ-ın S-500 qorxusu: “Kompleksin gizli sınaqları keçirildi”
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın CNBC telekanalı hazırladığı reportajda Rusiyanın S-500 sisteminin gizli şəkildə sınaqlarını keçirdiyi bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Rusiya mətbuatın isə bu məlumatı təkzib edir.

Bildirilib ki, belə sınaq keçirilsəydi ən azından ora media işçiləri dəvət olunardı. Tək CNBC telekanalı deyil hamı bu məlumatı yayardı. Kanal isə hazırladığı reportajda S-500 kompleksinin hədəfi 480 km-də zərərsizləşdirdiyini vurğulayıb.

Həmçinin bildirilib ki, kompleks hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarını zərərsizləşdirməklə yanaşı, səsdən sürətli raketləri də ələ keçirə bilir. “S-500 kompleksi F-35 və F-22 döyüş təyyarələrini də vurmaq iqtidarındadı”, deyə kanalın hazırlığı reportajda qeyd olunub.

Bəzi məlumatlara görə, S-500 kompleksi Rusiya Silahlı Qüvvələrinin arsenalına 2020-ci ildə daxil olacaq.

Orxan Aslanlı, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar