ABŞ-ın Suriyada rus əsgərlərini vurduğu anların görüntüləri yayıldı - VİDEO

ABŞ-ın Suriyada rus əsgərlərini vurduğu anların görüntüləri yayıldı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Suriyanın Deyr-Ez-Zor bölgəsində Suriyadakı terrorçulara vurduğu zərbə ilə bağlı video material yayımlayıb.

A24.Az xarici mətbuata istinadən xəbər verir ki, video materiallarda sovet istehsalı olan T-72 tankının məhv edilməsi görünür.

ABŞ tərəfi hədəfin məhv edilməsini özünü müdafiə ilə əlaqələndirsə də, məhv edilən obyekt və texnikanın sırf Suriya terrorçularına məxsus olduğu hələ dəqiq məlum deyil. Bildirilir ki, hədəfin məhv edilmə anında zərbə qurbanları rus əsgərləri də ola bilər. “Foxnews”un məlumatına görə, T-72 tankı pilotsuz uçuş aparatı ilə məhv edilib. Bundan sonra fevralın 10-da vəziyyət yenidən gərginləşib. Belə ki, terrorçu qrup avtomobil kalonlarını atəşə tutublar. Həmçinin beynəlxalq koalisiyadan ibarət hərbçilərin yerləşdiyi qərargahın da vurulduğu deyilir. Buna qarşı olaraq, Beynəlxalq koalisiya qrupu İŞİD terroçuların yerləşdiyi mövqeləri demək olar ki, tamamilə alt-üst edib. Onlarla terrorçunun öldürüldüyü bildirilir.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Manşet, Dünya, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar