A24 Xeber

ABŞ indi də Hindistanı sanksiyalarla hədələyir

ABŞ indi də Hindistanı sanksiyalarla hədələyir
24
30 Avqust 2018 - 8:53

ABŞ Hindistanın Rusiyadan “S-400” zenit-raket kompleksləri də daxil olmaqla, silah almaq planlarından narahat olaraq, bu ölkəyə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir.

“A24.az” xəbər verir ki, Birləşmiş Ştatların müdafiə nazirinin Asiya – Sakit okean regionu işləri üzrə köməkçisi Rendall Şriverin sözlərinə görə, Hindistanın planlarının sanksiyaların köməkliyi ilə Amerikanın düşmənlərinə qarşı mübarizə Aktının təsiri altına düşmə ehtimalı var.

“Bu barədə qərarı ABŞ prezidenti verəcək”, – deyə o bildirib.

Şriver əlavə edib ki, ABŞ Rusiya və Hindistan arasında hərbi əlaqələri tanıyır, lakin Vaşinqtonu onlar üçün daha perspektivli tərəfdaş hesab edir.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00