A24 Xeber

ABŞ İTTİHAM etdi – “Rusiya qul düşərgələri yaradır”

ABŞ İTTİHAM etdi – “Rusiya qul düşərgələri yaradır”
76
28 İyun 2017 - 9:31

Koreya Xalq Demokratik Respublikasının 80 minə qədər vətəndaşı əsasən Rusiya və Çində əmək düşərgələrində məcburi işlərə cəlb edilib.

A24.az  xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson dünyada qul alveri ilə mübarizə haqqında Dövlət Departamentinin illik məruzəsini təqdim edərkən deyib.

“Koreya Xalq Demokratik Respublikasının 50 mindən 80 minə qədər vətəndaşı xaricdə əmək düşərgələrində, hər şeydən əvvəl Rusiya və Çində işləyir”, – ABŞ xarici siyasət idarəsinin başçısı bildirib.

Onun sözlərinə görə, Şimali Koreya sakinlərinin bir çoxu gündəlik 20 saat çalışırlar, amma onların maaşı Koreya Xalq Demokratik Respublikasının hakimiyyətinə gedir”.

“Pxenyanda rejim ildə yüz milyonlarla dollar alır”, – Tillerson əlavə edib.

Dövlət katibi Koreya Xalq Demokratik Respublikasının vətəndaşlarını məcburi işlərə cəlb edən ölkələri onları evlərinə qaytarmağa çağırıb.

Məruzədə iddia edilir ki, Rusiya hökuməti yaxın vaxtlarda Koreya Xalq Demokratik Respublikası ilə ikitərəfli razılaşmanın müddətini uzadıb. Razılaşma Rusiya ərazisində əmək düşərgələrinin yaradılmasını nəzərdə tutur. (Publika)

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00