ABŞ kəşfiyyatından Bakıya xəbər gəldi: "Bu il Qarabağda müharibə olacaq"

ABŞ kəşfiyyatından Bakıya xəbər gəldi: “Bu il Qarabağda müharibə olacaq”
Want create site? Find Free WordPress Themes and plugins.

“Dağlıq Qarabağ ətrafındakı gərginlik Azərbaycanla Ermənistan arasında iri miqyaslı hərbi münaqişəyə çevrilə bilər.”

A24.az xəbər verir ki, belə bir xəbərdarlıqla ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Deniel Kouts 2018-ci il üçün dərc edilmiş “Dünya üzrə təhlükələrin qiymətləndirilməsi” məruzəsində qeyd edib.

MKİ direktoru Senatının Kəşfiyyat məsələləri komitəsinin dinləmələrində ənənəvi illik hesabatda 2018-ci ildə ABŞ milli təhlükəsizliyi üçün yarana biləcək bütün təhdidlər barədə danışıb. O, digər məsələlərlə yanaşı Dağlıq Qarabağ probleminı də toxunaraq, tərəflərdən heç birinin güzəştə getmədiyini vurğulayıb.

Deniel Kouts hesab edir ki, Azərbaycanın stabil şəkildə hərbi modernləşmə aparması və Ermənistanın Rusiyadan yeni silah sistemləri alması 2018-ci ildə böyük hərbi münaqişələrə səbəb ola bilər.

MKİ direktoru iddia edib ki, Rusiya postsovet məkanında öz təsirini daha da genişləndirəcək.

Qeyd edək ki, 2017-ci il martın 16-da MKİ direktoru təyin edilən Deniel Kouts ötən ilki hesabatında da Dağlıq Qarabağ uğrunda irimiqyaslı hərbi əməliyyat başlaya biləcəyi qeyd olunmuşdu.

Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov amerikalaı eksspertin bu hesabatını təhlil edib. Onun sözlərinə görə, hazırki geosiyasis vəziyyətdə Rusiyanın Gümridə yerləşən 102 saylı hərbi bazasının da Azərbaycana qarşı çıxacağına əmin deyiləm. O, amerikalaı ekspertin bu il Qarabağda vəizyyətin gərginləşə biləcəyi barədə fikri ilə də razı olduğunu bildirib. “Qarabağda hərbi əməliyyatların bu il daha geniş miqyas ala biləcəyi ilə ABŞ kəşfiyyatının fikirlərini bölüşürəm. Buna əsas verən amillər isə peşəkarlara yaxşı bəllidir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar