ABŞ koalisiyası Suriyada əməliyyatların ikinci mərhələsinə başlayıb

ABŞ koalisiyası Suriyada əməliyyatların ikinci mərhələsinə başlayıb
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya, onların Suriyadakı müttəfiqləri olan “Suriya demokratik qüvvələri” qruplaşması və İraq hərbçiləri ilə birgə Suriya və İraq sərhədində İŞİD-ə qarşı “Sürək” adı altında hərbi əməliyyatların ikinci mərhələsinə başlayıb.

Bu barədə bazar günü koalisiya məlumat yayıb.

“Suriya demokratik qüvvələri” bu gün Suriyanın şimal-şərqində İŞİD-in qalıqlarını təmizləmək üçün “Sürək ovu” adlı əməliyyatların ikinci mərhələsinin quru əməliyyatlarına başlayıb”, – deyə koalisiyanın məlumatında bildirilir.

Qeyd olunur ki, İraqın təhlükəsizlik qüvvələri İŞİD üzvlərinin Suriyadan İraqa qaçışının qarşısını almaq üçün sərhəddə iştirakını gücləndirib.

“Sürək ovu” əməliyyatı mayın 1-də başlayıb. Uğurlu birinci mərhələ Suriyanın Deyr-əz-Zor əyalətinin Əl-Baquza-Fokani yaşayış məntəqəsinin azad edilməsi ilə başa çatıb. //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar