A24 Xeber

ABŞ Konqresinə “Skripalın işi” üzrə sanksiya layihəsi daxil edildi

ABŞ Konqresinə “Skripalın işi” üzrə sanksiya layihəsi daxil edildi
36
06 Aprel 2018 - 21:13

ABŞ-da iki Konqres üzvü “Skripalın işi” üzrə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan  qanun layihəsini irəli sürüb.

Sənəd Demokrat partiyasının üzvü Xoakin Kastro və respublikaçı Mayk Ternerin tərəfindən irəli sürülüb.

Qanun layihəsi Sergey Skripala hücumda təqsirli bilinənlər və Rusiya maliyyə institutlarına sanksiyaların tətbiq edilməsini nəzərdə tutur.

 Martın 5-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib. Böyük Britaniya hökumətinin qənaətinə görə, onlara qarşı SSRİ-də və Rusiyada hazırlanmış “Noviçok” adlı kimyəvi silah tətbiq edilib.
Rəsmi Moskva insidentlə bağlı bütün ittihamları rədd edib. //APA
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00