A24 Xeber

ABŞ mayorundan Ərdoğanın çıxışına cavab – ABŞ və türk əsgərləri qarşı-qarşıya…

ABŞ mayorundan Ərdoğanın çıxışına cavab – ABŞ və türk əsgərləri qarşı-qarşıya…
1. 212
31 Yanvar 2018 - 11:00
Ərdoğanın dünənənki çıxışının ardından Amerikalı mayor sualları cavablandırıb.
 
A24.az xəbər verir ki, Türkiyənin dünən Afrindən sonra Münbiçə hərəkət edəcəyini bildirməsindən sonra Pentaqonun mətbuat katibi Mayor Adrian Qalloveyə “Türk və amerikan əsgərləri Münbiçdə qarşı-qarşıya gələ bilərmi?” sualı verilib. Mayor Qallovey bu suala cavabında bilidirib:
 
“Türkiyə ilə hər cür problemin həll ediləsinə səy göstəririk. Bunu edərkən də Türkiyənin təhlükəsizliyini nəzərə alır və İŞİD-ə edilən vurulan zərbələrin azaldılmamasına çalışırıq. Bu problem yalnız qarşılıqlı əməkdaşlıq yolu ilə həll edilə bilər. Biz NATO müttəfiqimizin yanındayıq və bu barədə məsələnin həlli üçün müzakirələri davam etdirəcəyik.”
 
Mətbuat katibinin verdiyi “Afrin əməliyyatını bu günə qədər necə qiymətləndirirsiniz” sualına Qallovey “Şimali Suriyadakı vəziyyətdən dolayı narahatıq. Biz bütün tərəfləri İŞİD-i məğlub etməyə və günahsız insanların qorunması ilə bağlı köməyə çağırırıq. Bundan başqa PKK-nın müttəfiqimiz Türkiyəyə hər hansı bir hücumunu da qəbul etmədiyimizi bildirmək istəyirəm” – deyə cavab verib.
 
A24.az
 
 
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00