ABŞ Mənbicdə iki hərbi baza yaradır

ABŞ Mənbicdə iki hərbi baza yaradır
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ YPG silahlılarının nəzarətində olan Suriyanın Mənbic bölgəsində iki hərbi baza yaradacaq.

“A24.az” bildirir ki, bu barədə “Anadolu” mənbələrində xəbər verilir.

Qeyd edək ki, 2016-cı ilin iyununda Mənbic şəhəri üzərində nəzarət İŞİD-dən YPG kürd silahlı qruplaşmasına keçdikdən sonra ABŞ kürd dəstələrinin şəhərdən çıxarılmasını təmin edəcəyini Ankaraya vəd edib. Lakin Vaşinqton indiyədək vədini yerinə yetirməkdən boyun qaçırır.

Məlumata ABŞ bazalarından birini Mənbicdən şimalda, Dadat yaşayış məntəqəsi yaxınlığında inşa etmək niyyətindədir. Həmin əraziyə xeyli sayda tikinti texnikasının cəlb edildiyi bildirilir.

İnşa edilən bazanın Mənbici Türkiyənin nəzarətində olan Cerablusdan ayıran Sacu çayından 8 km aralıda yerləşir.

İkinci baza Daday kəndindən cənubda, Türkiyənin nəzarətindəki zonadan 4 km aralıda yerləşəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar