ABŞ Mənbiçlə bağlı qərar verdi – Türkiyə ilə razılaşdılar

ABŞ Mənbiçlə bağlı qərar verdi – Türkiyə ilə razılaşdılar
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ xarici işlər naziri Pompeo ilə Mövlud Çavuşoğlunun görüşündən sonra Mənbiçdə iki nazirin razılaşdıqları açıqlanıb.

“A24.az” Türkiyə mediasına istinadən xəbər verir ki, keçirilən görüşdən sonra Türkiyənin xarici işlər naziri açıqlama verib. Açıqlamasında Mövlud Çavuşoğlu “Mənbiçdə ABŞ ilə birlikdə hərəkət edəcəyik” ifadələrini işlədib.

ABŞ Xarici İşlər Nazirliyi isə hər iki nazirin bölgədə Türk-Amerika işbirliyinin təmin edilməsi mövzusunda razılığa gəldiklərini bildirib. Açıqlamada “Mənbiçdə əvvəlcədən mövcud olan mübahisələrə dayanaraq iki nazir də ortaq bir yol tapa bilmək üçün mövcud olan ikili müddətə dəstəklərini müəyyən ediblər” deyə qeyd edilib.

Daha sonra Mövlud Çavuşoğlu sözlərini bu şəkildə davam etdirib: “Mənbiç modelini Suriyanın digər hissələrində, xüsusilə Fıratın şərqində tətbiq edəcəyik. Beləliklə, ikili münasibətlərimizdə gərginliyə yol açan mövzuda da birlikdə addım atacağıq”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar