ABŞ miqrant uşaqlara ağır dərmanlar verir

ABŞ miqrant uşaqlara ağır dərmanlar verir
Want create site? Find Free WordPress Themes and plugins.

“Shiloh” adlı nəzarətxanada miqrant uşaqlara parkinson və depressiya yaşayan xəstələrin müalicəsində istifadə olunan reseptsiz psixotrop dərmanların verildiyi üzə çıxıb.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə Amerika Los Anceles Bölgə Məhkəməsinin hakimi Dolly Gee miqrant uşaqlara ailələrinin rizası olmadan psixotrop dərmanların verilməsinin dayandırılması üçün hökm oxuyub.

Mövzuyla bağlı açıqlama verən hökumətin ailə ayrı-seçkiliyinə qarşı çıxan qruplar koalisiyası adından Jess Morales Rocketto “Federal hakim artıq bildiklərimizi təsdiqlədi. Uşaqlar hökumətin nəzarəti altında pis müdaxilələrə, zalım və insanlıqdan kənar ağır şərtlərə məruz qalırlar” deyib.

Qeyd edək ki, “Shiloh” nəzarətxanası Hyuston yaxınlığında yerləşən mərkəzdə uşaqlar Parkinson və desressiya xəstəliyindən əziyyət çəkən insanların müalicəsində istifadə edilən Clonazepam, Divalproex, Benztropine ve Duloxetine kimi həblərdən istifadə etməyə məcbur edilirlər. bu həblər isə onlarda baş gicəllənməsi, uyuşma, acizlik əlamətlərinə yol açır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar