A24 Xeber

ABŞ müdafiə naziri: “Türkiyənin “F-35″ proqramından çıxarılmasına qarşıyam!”

ABŞ müdafiə naziri: “Türkiyənin “F-35″ proqramından çıxarılmasına qarşıyam!”
22
21 İyul 2018 - 11:58

ABŞ Müdafiə Naziri Cim Mattis Türkiyənin “F-35” proqramından çıxarılması təklifinə qarşı olduğunu bildirib.

A24.Az xəbər verir ki, o müdafiə büdcəsinə dair Konqresə göndərdiyi məktubda bu barədə qeyd edib.

“Anadolu” agentliyinin əldə etdiyi 7 iyul tarixli məktubda Mattis Milli Müdafiə Səlahiyyət Qanun Layihəsi kimi tanınan müdafiə büdcəsinə dair narahatlığını bildirib.

Senat və Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitələrinə göndərdiyi məktubda madafiə naziri  “Bu mərhələdə Türkiyənin “F-35″ proqramından çıxarılmasına qarşıyam”, – qeyd edib.

O, Türkiyənin proqramdan çıxarılması təşəbbüsünün “F-35” təyyarənin beynəlxalq tədarük zəncirini pozacağı barədə xəbərdarlıq edib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00