ABŞ niyə Azərbaycanı deyil, Ermənistanı seçdi? - POLİTOLOQLARDAN AÇIQLAMA

ABŞ niyə Azərbaycanı deyil, Ermənistanı seçdi? – POLİTOLOQLARDAN AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, ABŞ-ın dəstəyi ilə Ermənistanda hərbçilərin hazırlanması üçün müasir təlim mərkəzi yaradılır. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz isə bildirib ki, bu proqram İrəvanla Vaşinqton arasında sıx hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilir.

ABŞ Ermənistan münasibətlərinin sıxlaşması Azərbaycanla olan əlaqələrə necə təsir edəcək? Rusiyanın bu məsələyə münasibəti necə olacaq?

Politoloq Qabil Hüseynov A24.Az-a açıqlamasında, ABŞ-ın Ermənistanda sülhməramlılar üçün hərbi mərkəz yaratmasının ağlabatmaz bir təklif olduğunu vurğulayıb:

Qabil Hüseynov
Qabil Hüseynov

“İnanmıram ki, Rusiya belə bir mərkəzin yaradılmasına icazə versin. Üstəlik, region baxımından Ermənistan münaqişəli bölgədir. Həmin bölgəyə iki super dövlətin (sülhməramlı qüvvələr də, hərbi baza kimi bir yerdi) hərbi bazalarının yerləşdirilməsi, bu bölgədə kəskin disbalansın yaranmasına gətirib çıxara bilər. Bu məsələnin dərin şəkildə hər bir nüansının araşdırılmasının tərəfdarıyam. Çünki təhlükəli məqamlar çox ola bilər”.

Politoloq qeyd etdi ki, Rusiyanın bu məsələyə birmənalı şəkildə fikri mənfi olacaq.

“Əgər bu hərbi mərkəz yaradılacaqsa, bu, ABŞ-ın regionda möhkəmlənməsi, Rusiyanın təsirinin zəiflədilməsi anlamına gələ bilər. Bu məsələyə görə Azərbaycan kəskin etirazını bildirəcək.  Bölgədə belə bir mərkəzin yaradılmasının Azərbaycanın maraqlarına uyğun gəlmədiyini bəyan edəcək. Ermənistanda hərbi mərkəz yaratmaq tamamilə absurd bir ideyadır”.

Siyasi şərhçi Tofiq Abbasovun sözlərinə görə, ABŞ-ın Ermənistanla bağlı strateji maraqları həddən artıq böyükdür:

Tofiq Abbasov
Tofiq Abbasov

“Bu, bir neçə amillə izah olunur. Birincisi, Ermənistan Rusiyanın ən yaxın (hərbi, siyasi) müttəfiqidir. ABŞ ciddi cəhdlə çalışır ki, Ermənistanı bir qədər də olsa, Rusiyadan uzaqlaşdırsın. Digər tərəfdən, Ermənistan Cənubi Qafqazda çox vacib bir yer tutur. Tranzit xətlər, bir neçə mühüm dövlətin əhatəsində yerləşməsi və.s. Bu səbəblərə görə də ABŞ Ermənistana maraq göstərir. Bildiyimiz kimi ABŞ-ın ölkə sərhədlərindən kənarda 8 hərbi bazası var və harada olursa-olsun ABŞ başqa dövlətin deyil, öz maraqlarını üstün tutur. Ermənistan məsələsində də belədir. Çünki bu hegemon dövlətin bütün dünyaya  total şəkildə nəzarət artırmasına dəlalət edir. Əlbəttə, bu məsələyə də Rusiya biganə qala bilməz.  Ancaq yada salmaq lazımdır ki, ABŞ-ın İrəvandakı səfirliyinin şəxsi personalı bütün post-sovet ölkələrində ( Moskvanı çıxmaq şərti ilə) olan səfirliklərin əməkdaşlarının sayından çoxdur. Bu, elə-belə deyil. Orda cəmlənmiş həmin o 2 minə yaxın əməkdaşın cüzi bir hissəsi yerli vətəndaşlardır, qalanları isə ABŞ-dan gəlmiş nümayəndələr, mütəxxəsislər, müxtəlif təşkilatların nümayəndələridir. Onların başlıca məqsədi ondan ibarətdir ki, əvvəla strateji məlumatları geniş analitik kontekstlər üçün formalaşdırıb, yığsınlar. Digər tərəfdən Ermənistan  strateji bölgədə olduğu üçün amerikalılar onlardan bir neçə istiqamətdə müşahidələrini aparırlar”.

“Hərbi texniki əməkdaşlığa gəldikdə isə, onsuzda Ermənistan post-sovet ölkələri siyahısında NATO ilə ən fəal əməkdaşlıq edən respublikadır. Nə qədər də təəccüblü olsa, bu belədir. Bunu NATO standartlarının tətbiqi və Ermənistanın guya risk bölgəsində olmağı ilə izah edirlər. Guya Türkiyə, Azərbaycan, Gürcüstan o qədər də Ermənistana ülvi münasibət bəsləmirlər deyə, Ermənistan bununla əsaslandırır ki, qərb sivilizasiyanın müsəlman bölgələrinin astanasında olması ilə bağlıdır”.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar