ABŞ Rusiya ordusunu bombalayacaq? - Qırıcılar Suriyaya göndərildi

ABŞ Rusiya ordusunu bombalayacaq? – Qırıcılar Suriyaya göndərildi
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın 7 qırıcısı Aralıq dənizinin Suriya sahillərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.

A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, ABŞ qırıcıları Rusiyanın Suriyadakı Xmeymim aviabazası və Tartus limanındakı donanmasının yaxınlığından hərəkət edib.

Saytın yazdığına görə, ABŞ-ın 6 ədəd patrul qırıcısı İtaliyadakı Siqonella aviabazasından, sonuncusu isə Yunanıstanın Krit bölgəsindəki hərbi bazadan havalanıb.

Qeyd edək ki, son günlərdə Suriya ordusunun Şərqi Quta regionunun Duma şəhərində kimyəvi silahlardan istifadə etməsi iddiasına görə, ABŞ-la Rusiya arasında münasibətlər gərginləşib.

Nərmin Kərim, A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar