ABŞ-Rusiya qarşıdurmasında qazanan yeganə dövlət BU OLACAQ - ŞƏRH

ABŞ-Rusiya qarşıdurmasında qazanan yeganə dövlət BU OLACAQ – ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

Suriyada yaşanan böyük qalmaqal dünyanın iki böyük gücünü üz-üzə qoyub. ABŞ hərbi donanmasını Aralıq dənizinə yollayarkən, Rusiya da müharibə vəziyyətini alıb. Bu böyük qarşıdurmada qazanan yeganə tək dövlət isə İsrail olacaq.

“A24.az” bildirir ki, bu barədə ətraflı Prof.Mesut Hakkı Caşin açıqlamalar verib və Türkiyənin harda durması lazım olduğunu dəyərləndirib.

“3 məsələ var. Bunlardan biri, BMT-də yaşanan qalmaqal. BMT bunun kimi qalmaqallı problemləri həll edə bilmir. İstər Rusiya, istərsə ABŞ-ın qarşılıqlı razılaşması vəziyyəti daha da gərginləşdirib. Trampın vəzifəyə gələr gəlməz raket atması bir xəbərdarlıq idi. 1991, 2001 və 2013-cü illərdə 3 böyük hücum zamanı ölənlərin sayı 3 min idi. Bugünkü hücumda 100-dən çox insan həyatını itirib. Bəs Şərqi Qutadakı kimyəvi hücumu kim və nəyə görə etdi? Əgər Amerika bir əməliyyat keçirərsə, sadəcə hərbi bazaları vuraraq cəzalandırma metodu tətbiq edəcək. Tramp yenidən Amerikanın oyun oynadığını göstərmək istəyir. Bura İranın da daxil edildiyini görürük. Rusiya kimyəvi silahların ölkə xaricinə çıxması üçün zəmanət vermişdi. Tramp isə verdiyi açıqlamada hücumu Rusiya, Suriya və İranın etdiyini deyib.

Tramp 3 dövləti hədəf alıb…

Tramp “masada 3 seçimimiz var” deyərkən, 3 dövlətin hədəfdə olduğunu anlayırıq. Məsələnin içərisində kimlər müharibədə iştirak edəcək? NATO Qətər və digər müttəfiqlərlə işləyir. ABŞ-ın ifadələri üzərində fikirləşsək, Fransa və İngiltərənin də daxil olması cəbhələri müəyyən etdi. ABŞ deyir ki, biz kimyəvi silahların anbarını vuracağıq. Burda bir məsələ var: Rusiya deyir ki, Şərqi Qutada kimyəvi silah yoxdur, digər tərəfdən isə ABŞ deyir ki, var. Bəs o zaman bunu kim sübut edəcək? Beynəlxalq Kimyəvi Silahlara Nəzarət İnstitutu 500 nəfərdə kimyəvi maddənin qalıqları var deyib. Amma Rusiya bunu qəbul edəcəkmi?

Türkiyə nə edəcək?

Türkiyəyə təzyiq göstərəcəklər. Türkiyə isə kimyəvi silahlara və Əsədə qarşıdır. Əgər Rusiyanın əksinə gedərsə, Akkuyu layihəsi dayanacaq. Türkiyə bu riskləri edə bilməz. Həmçinin Türkiyə etibarsız ölkə vəziyyətinə düşəcək. Ərdoğanın Lavrova verdiyi cavab Mövlud Çavuşoğlu tətəfindən yumşaldıldı. “Afrin əməliyyatında Rusiya ilə koordinasiyalı hərəkət etdik”.

Bu həftənin bazar ertəsindən başlayaraq qarşıdurma başlayacaq. Əgər olmasa ABŞ-ın nüfuzu yerlə bir olacaq. Amerikanın özünə görə əsası var. Tramp Putini itirmək istəmir. Putinin “biz sağlam düşüncə istəyirik” deməsi çox vacib idi.

Lakin iki super güc Suriyaya görə bir-biriylə savaşmaz. Suriyanın əlində hələ kimyəvi silahlar var. Halbuki kimyəvi silahların məhv edildiyi deyilmişdi, amma görünən odur ki, hələ də Suriyanın əlindədir.

Bu müharibə ən çox İsrailin işinə yarayar…

Kimyəvi silahlar var, arada bir bazarlıq var. Rusiya donanması orda. Amerika kimi deyil. Ordu və siyasi qanadları ilə çox güclüdür. Tərəflər bazarlıq mövzusunda anlaşa bilmədilər. Rusiya ordusu Şərqi Avropada da güclüdür. Putin və ətrafındakılar şahmat oyununu çox gözəl oynayır.

Ciddi hesablaşma var. Şərqi Aralıq dənizində yeni raket müharibəsi yaşayacağıq. Bu, Kuba qalmaqalından sonra ən böyük hadisədir. Əgər quru qüvvələr işin içərisinə girərsə, qarşdurma böyüyəcək və bu, İsrailin işinə yarayacaq.

Türkiyə çox diqqətli davranmaq məcburiyyətindədir. Əsla Rusiya və İranı əlindən verməməlidir.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar