A24 Xeber

ABŞ Rusiya sərhədində tank diviziyası yarada bilər

ABŞ Rusiya sərhədində tank diviziyası yarada bilər
16
29 May 2018 - 17:35

ABŞ Polşada özünün daimi zirehli tank diviziyasını yarada bilər.

A24.Az xəbər verir ki, bu barədə rəsmi Varşavanın yaydığı “ABŞ-ın Polşada daimi iştirakı” adlı sənəddə əksini tapıb.

Polşa diviziyanın yaradılması və daimi yerləşməsi üçün ABŞ-a 1,5-2 milyard dollar ödəməyə hazır olduğunu açıqlayıb. Bundan əlavə, diviziyaların Polşanın Bıdqoş və Torun rayonlarında formalaşdırılması təklif edilib.

Sənəddə ABŞ-ın Polşada varlığının istənilməsinə əsas səbəb kimi Rusiya təhlükəsi göstərilib.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00