ABŞ Rusiyanı parçalamağa başladı

ABŞ Rusiyanı parçalamağa başladı
Want create site? Find Free WordPress Themes and plugins.

Vaşinqtonun geosiyasi planda Moskvaya hər hansı güzəştə getməsi istisna edilir.

A24.Az xəbər verir ki, erməni mediası ABŞ-ın vitse-prezidenti Cozef Baydenin Moskvaya son səfəri zamanı Cənubi Qafqaz və Yaxın Şərqdəki mövcud münaqişələrin nizamlanmasına yönəlik Rusiya rəhbərliyinə “siyasi bazarlıq” təklif etdiyini bildirib.

Ermənilərin bu iddiasına görə, C.Bayden Suriyada müəyyən güzəştlərə getməsi müqabilində ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında təşəbbüsü tam olaraq Rusiyaya verməyə hazır olduğunu deyib.

Qabil Hüseynli
Qabil Hüseynli

C.Baydenin adı ilə yayılmış bu məlumatla bağlı A24.Az-a açıqlama verən politoloq Qabil Hüseynli ABŞ-ın Rusiyaya hər hansı məsələdə güzəştə getməsini istisna edib:
“Elə bir beynəlxalq vəziyyət yaranıb ki, ABŞ-ın Rusiyaya güzəştə getməsi və ya onun qarşısından geri çəkilməsi haqqında danışmaq üçün əsas yoxdur. İndiki şəraitdə, ABŞ-ın Qarabağ münaqişəsinin tənzimlənməsi və ya Suriya böhranının həllində Rusiyanın rolunun artırılmasına razılıq verdiyini düşünmək üçün əsas yoxdur. Hazırda ABŞ Rusiyaya nəinki güzəştə getməyə hazırlaşır, əksinə, bu ölkənin parçalanması üçün planı işə salıb və həmin layihəyə iri həcmdə vəsait ayırıb”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar