A24 Xeber

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
39
30 Yanvar 2018 - 23:35

“Rusiyaya qarşı yeni sanksiyalar yaxın gələcəkdə tətbiq ediləcək, Vaşinqton artıq onların üzərində işləyir”.

Bu barədə ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib.

“Əlavə sanksiyalar tətbiq etmək üçün, biz daha əvvəl elan edilmiş hesabat və kəşfiyyat məlumatlarından istifadə etmək niyyətindəyik və hazırda onların üzərində çalışırıq”, – deyə Mnuçin Senatda dinləmələr zamanı bildirib.

Maliyyə naziri sanksiyaların tətbiq olunacağı tarixi açıqlamaq istəməyib.

“İnandırıram ki, biz bunu mümkün qədər tez edəcəyik, ola bilsin ki, bu bir neçə ay, ya da ki bir ay çəksin, hələ xeyli iş görülməlidir”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl “Kreml hesabatı”nı təqdim edib. Sanksiya məruzəsi Rusiya prezidentinin yaxın ətrafı, iri sahibkarlar və dövlət şirkətlərini əhatə edib. //APA

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00