A24 Xeber

ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xəbərdarlıq etdi

ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xəbərdarlıq etdi
51
09 Mart 2018 - 8:28

ABŞ Türkiyənin Rusiya istehsalı olan “S-400” zenit-raket sistemlərini əldə etmək planından imtina edəcəyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. 

“A24.az”ın “RİA Nobosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib.

O, “S-400” komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. “Mən və hökumətimizin digər üzvləri də onlara “S-400”lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq”, – deyə general bildirib. Kertis Skalarrotti “digər  fəsadlar”ın mahiyyətini açıqlamayıb.

“Həmin sövdələşmə hələ başa çatmayıb və biz onları “S-400”lərin NATO standartlarına uyğun gəlmədiyinə inandırmağa çalışırıq”- deyə Kertis Skalarrotti  qeyd edib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00