A24 Xeber

ABŞ “S-400”lərlə bağlı yenidən Türkiyəyə səsləndi: “Ciddi narahatıq”

ABŞ “S-400”lərlə bağlı yenidən Türkiyəyə səsləndi: “Ciddi narahatıq”
42
04 May 2018 - 8:36

ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir.

“A24.az”ın rus mediasına istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz Türkiyənin Rusiyadan “S-400”ləri mümkün tədarükündən ciddi narahatıq. NATO üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir. Biz burada uyğunluq olduğunu hesab etmirik”, – deyə Hizer Nauert bildirib.

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”lərə dair qərarından narahatlığını bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00