ABŞ Senatoru Şimali Koreyanın prezidentinə "gicbəsər gombul uşaq" dedi

ABŞ Senatoru Şimali Koreyanın prezidentinə “gicbəsər gombul uşaq” dedi
Want create site? Find Free WordPress Themes and plugins.

 ABŞ senatoru Con Makkeyn Şimali Koreya rəhbərliyi ilə ölkəsi arasında yeni söz müharibəsinin alovlanmasına səbəb olan televiziya müsahibəsi verib.

A24.Az BBC-yə istinadən xəbər verir ki, senator bu müsahibədə Şimali Koreya lideri haqqında danışarkən onu “gicbəsər gombul uşaq” adlandırıb.

Şimali Koreyada liderin belə lağa qoyulmasını çox ağırılı qəbul edirlər.

Картинки по запросу ABŞ senator john mccain

Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi Makkeynin qeydlərini “böyük təxribat”,  “az qala müharibə elan edilməsi” kimi dəyərləndirib.

Makkeyn MSNBC telekanalına martın 22-də verdiyi müsahibədə “Şimali Koreyanı idarə edən gicbəsər gombul uşağın dünyanın ən pis diktatorlarından da betər” olduğunu deyib.

O veriliş aparıcısına müraciət edərək deyib: “O rasional bir adam deyil, Greta, o heç barbarlığı üçün müəyyən rasionallığa malik İosif Stalin də deyil”.

Şimali Koreyanın Xarici İşlər Nazirliyi senatorun sözlərini ölkənin və onun ali rəhbərinin şərəf və ləyaqətini təhqir edən “küfr” adlandırıb.

Nazirliyin sözçüsü deyib ki, Şimali Koreyanı terroru maliyyələşdirən ölkələr siyahısına daxil etməyi təklif etmiş texaslı senator Ted Kruz da ali liderin şərəf və ləyaqətini təhqir edib.

Şimali Koreya senatorlara xəbərdarlıq edərək bildirib ki, onlar “pələngin gücündən xəbərsiz küçük” kimidirlər.

Amma diktatorların qənimi sayılan senator Makkeyn Şimali Koreyanın sərt reaksiyasını vecinə almayıb. “Nə deyim? Deyim ki, “bu gicbəsər arıq uşaq?” – deyə cavab verib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar