ABŞ silahı ilə Çin və Cənubi Koreya əhalisini qorxudub

ABŞ silahı ilə Çin və Cənubi Koreya əhalisini qorxudub
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ daha çox THAAD raket əleyhinə müdafiə sistemləri əldə etməklə xaricdə öz müdafiə imkanlarını artırmağı planlaşdırır.

A24.Az “Army Recognition.Com”a istinadən xəbər verir ki, Pentaqon gələn il əlavə 82 THAAD sistemi almağı planlaşdırır.

Hazırda ABŞ-ın Cənubi Koreyada 7 THAAD raket əleyhinə müdafiə sistemi var. 686 milyardlıq hərbi büdcəsi olan ABŞ, daha çox raket potensialının artırılmasına diqqət yetirir. ABŞ-la Şimali Koreya arasında davam edən münaqişə ABŞ-ı daha da müdafiə gücünü artırmağa vadar edir. Məhz bu səbəbdən ABŞ 2017-ci ildə THAAD sistemlərini Cənubi Koreyada yerləşdirib. Bu qərar isə ölkə əhalisi (Cənubi Koreya) və Çin tərəfindən tənqidlə qarşılanıb.

Xatırladaq ki, 2017-2018-ci illər ərzində ABŞ hökuməti ordu üçün THAAD (Terminal High Altitude Area Defense) raket əleyhinə müdafiə sistemləri üçün 1.28 milyard dollar məbləğində raket sifariş veriblər. Sınaqlar zamanı THAAD 200-dən çox raketin qarşısını alaraq test mərhələsini müvəffəqiyyətlə başa vurub. THAAD hərbi obyektlərin müdafiəsindən tutmuş, əhəmiyyətli hərbi məntəqələrin yaxın və orta mənzilli ballistik raketlərdən müdafiə edən sistemdir. THAAD kompleksi hədəfi mərmi başlıqlar vasitəsilə deyil, birbaşa toqquşma ilə məhv edir ki, bu da onun effektivliyini artırır. Hərəkət məsafəsi 200 km olan bu sistem 150 km hündürlükdə hədəfi vurmağa qadirdir.

Qeyd edək ki, THAAD sistemi 90-cı illərdə “Lockheed Martin” korporasiyası tərəfindən hazırlanıb. Raket komplekslərinin seriyalı istehsalatına isə 2006-ci ildən başlanılıb. Hazırda THAAD kompleksləri ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Koreya ordusunun istifadəsindədir. Yaponiya və Səudiyyə Ərəbistanında onların yerləşdirməsi isə planlaşdırılır.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar