ABŞ Suriya ilə bağlı XƏRİTƏ hazırladı - Əsədə məxsus 22 hədəfi vuracaq

ABŞ Suriya ilə bağlı XƏRİTƏ hazırladı – Əsədə məxsus 22 hədəfi vuracaq
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Bəşər Əsəd rejiminə aid 22 əsas mövqenin xəritəsini hazırlayıb. Hədəf alınacaq mövqelər arasında İranın dəstəklədiyi şiə silahlılarının məntəqələri və Rusiya hərbçilərinin yerləşdiyi Humus və Tartusdakı bir çox hərbi bazalar var.

“A24.az” “yeniakit.com.tr”yə istinadən xəbər verir ki, vurulacaq hərbi bazalar mövzusunda Fransa, İngiltərə, ABŞ və İsrailin birlikdə hərəkət edəcəyi bildirilib. Suriya rejiminə aid hərbi qərargahların bombardmanı dəniz, hava və quru qoşunların raketləri ilə gerçəkləşdiriləcək.

Suriya Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Zekeriyye Molahafci ABŞ-ın bununla bağlı hərtərəfli xəritə hazırladığını, Suriya ərazisində olan 20-dən çox hərbi mövqeləri qarşıdakı bir neçə gün ərzində  vurmağa hazırlaşdığını bildirib.

Deyrizor – El Bukemal sərhəddində İŞİD cəbhəsində yaşanan qarşıdurmaya diqqət çəkən Molahafci  ABŞ-ın yanına Fransa, İngiltərə və İsraili də alaraq digər hərbi hava limanları olmaqla strateji mövqeləri bombalayacağını iddia edib. Belə ki, Molahafci Humus, Şam, Tartus və Hama ilə birlikdə Haseke, Deyrizor və Rakka sərhədləri daxilində yerləşən hərbi qərargahların da təyin olunmuş hədəflər arasında yer aldığını  deyib.

Qeyd edək ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.

ABŞ başda olmaqla Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib. 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar