A24 Xeber

ABŞ Suriyaya 20 tır silah göndərdi – FOTO

ABŞ Suriyaya 20 tır silah göndərdi – FOTO
41
18 May 2018 - 22:37

ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində YPG-nin də daxilində yer alan Demokratik Suriya Qüvvələrinə (DSQ) ağır silahlar ilə zirehli Hummer avtomobilləri göndərib.

A24.Az Sputnik agentliyinə istinadən xəbər verir ki, DSQ rəsmisi, ABŞ-ın onlara ağır silah və zirehli maşınlar göndərdiyini bildirib.

DSQ mənbələrindən verilən məlumatlara görə ABŞ, Deyr-əz-Zor əməliyyatı çərçivəsində Türkiyənin PKK-nın Suriya qolu kimi gördüyü YPG-nin də daxilində yer aldığı təşkilata ağır silah ilə zirehli texnika göndərməyə davam edir.

Məsələ ilə bağlı Sputnik-ə danışan bir DSQ rəsmisi ABŞ-ın Deyr-əz-Zor əməliyyatı səbəbi ilə dünən onlara zirehli maşınlara ilə ağır silahlar göndərdiyini bildirərək “ABŞ, Deyr-əz-Zor əməliyyatı səbəbi ilə bizə 200 tırla zirehli Hummer avtomobilləri ilə ağır silahlar göndərib. Silah və zirehli maşınlar Kürdüstan bölgəsindən (Şimali İraq) avtomobil yolu Semelka Sərhəd Qapısından keçərək irəliləyib. Oradan da tırlarla Deyr-əz-Zor bölgəsinin şərqinə keçib. Deyr-əz-Zor əməliyyatı davam edir. Əməliyyat üçün daha çox silaha ehtiyacımız var”, – deyə bildirib.

Sputnik-ə danışan DSQ-yə bağlı Deyr-əz-Zor Hərbi Məclis Baş Komandanı Əhməd Əbu Hewla da ABŞ-ın İŞİD ilə mübarizə çərçivəsində özlərinə hər cür dəstəkdə olduğunu bildirərək, ABŞ-ın silah və zirehli maşınlar göndərdiyini deyib. ABŞ, indiyə qədər DSQ-yə 4200 tırla DSQ-yə ağır silah və zirehli maşınlar göndərib. Ankara, YPG-yə silah verilməsinə qarşı çıxır.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00