ABŞ Suriyaya hərbi müdaxiləni istisna etmədi

ABŞ Suriyaya hərbi müdaxiləni istisna etmədi
Want create site? Find Free WordPress Themes and plugins.
Tramp Duma şəhərinin mühasirəsinin dayandırılmasını tələb edib

ABŞ Suriyanın Duma şəhərində kimyəvi silah tətbiq olunması barədə informasiya fonunda Suriyaya hərbi müdaxilə ediləcəyini istisna etməyib.

Bunu bu gün Ağ Evin təhlükəsizlik və terrorizmlə mübarizə üzrə məsləhətçisi Tomas Bossert bildirib.

T. Bossert Dumada kimyəvi silah tətbiqinin dəhşətli hal olduğunu vurğulayıb.

 Bu gün ABŞ prezidenti Donald Tramp da bəyanat verib, Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın “heyvan” Bəşər Əsədə dəstək verdiyini vurğulayan D. Tramp “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, B. Əsəd bunun üçün cavab verəcək: “Təcili olaraq Duma şəhəri tibbi və humanitar yardım üçün açılmalıdır”.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Suriyanın Şərqi Quta bölgəsində müxalif qüvvələrin nəzarətində olan Duma şəhərində kimyəvi silah tətbiq olunması və 40 nəfərin ölməsi barədə məlumatı diqqət mərkəzində saxladığını açıqlayıb. Rusiya Müdafiə Nazirliyi Duma şəhərində kimyəvi silah tətbiq olunmasına dair xəbəri təkzib edib. Bu gün Rusiya Xarici İşlər Nazirliyi isə dumanlı və saxta bəhanələrlə Suriyaya hərbi müdaxilə tamamilə yolverilməz olduğunu və ağır nəticələrə gətirib çıxara biləcəyini bəyan edib. //apa

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar