ABŞ Trampla Paşinyanın görüşündən imtina edib

ABŞ Trampla Paşinyanın görüşündən imtina edib
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ölkə mətbuatının yazdığına görə, ABŞ tərəfi bu yolla Nikol Paşinyana Rusiya laboratoriyalarının onlar üçün açıq olmasının vacibliyini çatdırıblar.

Bildirilib ki, Nikol Paşinyan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasına Rusiyadan olan mütəxəssislərin buraxılmasına şəxsən tapşırıq verdiyini söyləmişdi. ABŞ tərəfi də paritetin gözlənilməsi üçün Rusiyanın uyğun laboratoriyalarına amerikalı mütəxəssislərin buraxılmasını istəyib. Ancaq onların bu istəyi hələ təmin olunmayıb. Bu səbəbdən ABŞ Donald Trampla Nikol Paşinyanın sentyabr görüşündən imtina edib.

Qeyd edək ki, Nikol Paşinyan baş nazir olandan sonra onun ABŞ prezidenti ilə görüşünün təşkil edilməsi istiqamətində fəaliyyət göstərilirdi.  //report

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar