Türkiyəyə gedən turistlərin nəzərinə!

ABŞ Türkiyə ilə bağlı vətəndaşlarına xəbərdarlıq etdi
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az”ın məlumatına əsasən,  ABŞ 15 iyul dövlət çevrilişi, dövlət çevrilişindən sonra elan edilən 3 aylıq fövqəladə vəziyyət, eləcə də Ankara, İstanbul və Qaziantepdə baş verən terror hücumlarının arxasınca amerikalıların Türkiyəyə səyahətilə bağlı yenidən xəbərdarlıq etdi.

istanbul-u-7-ayda-6-milyon-538-bin-turist-ziyaret-6346019_3055_o

ABŞ Xarici İşlər Nazirliyi, terrorçu qrupların artan hədələri səbəbilə Amerika vətəndaşlarına həm bütün Türkiyəyə, həm də Türkiyənin cənub-şərqinə səyahət edənlərə xəbərdarlıq etdi. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada yeni xəbərdarlığın, 26 iyul 2016-cı il tarixli səyahət xəbərdarlığını əvəz etdiyi bildirildi. Açıqlamada, ABŞ-ın Ankaradakı Səfirliyi və İstanbul Baş Konsulluğunda işləyənlərin yaxın adamlarının ölkədən çıxmaq istədikləri təqdirdə 23 sentyabr tarixinə qədər təyyarə biletlərinin də ödəniləcəyilə bağlı məlumat verildi.

201309301934460

Səyahət xəbərdarlığını yeniləmə qərarının, 15 iyul dövlət çevrilişi, bu çevrilişdən sonra elan edilən 3 aylıq fövqəladə vəziyyətin elan edilməsi, Ankara, İstanbul və Qaziantepdə baş verən terror hadisələrinin nəzərə alınması nəticəsində verildiyi qeyd edilən açıqlamada, Polis və ya hərbi fəaliyyətlərdə ciddi artım, hərəkatları məhdudlaşdırıcı tədbirlər və son dövrlərdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan və ya həbs edilən həm türk, həm də ABŞ vətəndaşı olan şəxslərin konsulluqla əlaqələrdə müxtəlif problemlərinin ortaya çıxması fikri qeyd edilmişdir.

Ortaköy-Camii-Büyük-Mecidiye-Camii-21

Amerikalı turistlərin, Türkiyədəki beynəlxalq və yerli terror təşkilatlarının açıq şəkildə hədəfi olduğu deyilən açıqlamada, əhəmiyyətli hadisələr, böyük idman tədbirləri, teatr, açıq bazarlar, aviasiya xidmətləri göstərən yerlər, nəqliyyat sistemləri və ictimai yerlərin terror təşkilatlarının hədəfi olduğu bidirildi, insanların bu yerlərdən uzaq olması tövsiyə edildi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar