A24 Xeber

ABŞ Türkiyəyə F-35 qırıcıları satmaqdan imtina edir? – Müdafiə naziri açıqladı

ABŞ Türkiyəyə F-35 qırıcıları satmaqdan imtina edir? – Müdafiə naziri açıqladı
30
27 Mart 2018 - 14:19

Türkiyə Milli Müdafiə naziri Nurəddin Canik, Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin qəbulunun ABŞ ilə F-35 mübadiləsinə təsir göstərməyəcəyini bildirib.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə müdafiə naziri Rusiya ilə aparılan S-400 müqaviləsinin da qəti olduğunu “O iş qurtardı” ifadəsi dilə gətirərkən “S-400lərlə bağlı heç bir çətinlik yoxdur, hətta deyilmiş vaxtdan öncə də gətirilə bilər”, – deyə N.Canik əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər Komissiyasının sədri Volkan Bozkır, Vaşinqtonda apardığı danışıqların sonra verdiyi açıqlamada “S-400ləri alsanız, biz də konqresdən qətnamə çıxarıb, sizə F-35-ləri satmarıq”, kimi ifadələr səsləndirib.

Bu ifadələrə münasibət bildirən müdafiə naziri Nurəddin Canik, Volkanın dediklərini kimi heç bir hadisənin olmadığını diqqətə gətirib: “Heç bir sıxıntı yoxdur, F-35 alışı ilə bağlı heç bir müqaviləyə təsir etməz. S-400lər bağlı heç bir çətinlik yoxdur”, – deyə N.Canik qeyd edib. Bozkırın “Patriotlar dövrəyə girsə S-400 müqaviləsindən imtina edə bilərik” ifadəsinə də Canik münasibət bildirib: “Razı əldə edilib, hər şey həyata keçirilib. O iş oldu bitdi artıq. Hər şeydən əvvəl bir işgüzar fəaliyyət, müqavilələr aparılmış, biz öz üzərimizə düşən öhdəliklərin hamısını yerinə yetirmişik”, – deyə Türkiyə Milli Müdafiə Naziri vurğulayıb.
Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00