ABŞ: Türkiyəyə "F-35" qırıcılarının təhvili müvəqqəti olaraq dayandırılır

ABŞ: Türkiyəyə “F-35” qırıcılarının təhvili müvəqqəti olaraq dayandırılır
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası 2019-ci ildə nəzərdə tutulmuş 716 milyard dollarlıq müdafiə xərcləri qanun layihəsindəki razılaşmanı təmin edib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, razılaşma təmin olunan layihədə, Türkiyəyə F-35 yeni nəsil döyüş təyyarəsi təhvilinin müvəqqəti olaraq dayandırılması da yer alır.

Əldə edilən razılaşmaya görə, layihənin 90 gün içərisində ABŞ Müdafiə Nazirliyinin Türkiyə-ABŞ münasibətlərinin vəziyyətinə qarşı bir hesabatı Konqresə təqdim etməsi lazımdır. ABŞ Müdafiə Naziri Ceyms Mattis, keçən həftə konqresə yazdığı məktubda F-35 təhvilinin dayandırılması istiqamətində bir addım atılmaması lazım olduğunu söyləmişdi. BBC Türkcənin bildirdiyinə görə, layihənin Nümayəndələr Palatasında qəbul edilən variantında Müdafiə Nazirliyinin hesabatı gələnə qədər təhvil müvəqqəti olaraq dayandırılması yer alarkən, senatdan əlavə olunan dəyişiklik maddəsində isə Türkiyənin layihədən tam çıxarılması nəzərdə tutulurdu. ABŞ-dakı aktlarda, müdafiə xərclərilə bağlı layihənin yasalaş-ması prosesində Konqresin Senat və Nümayəndələr Palatası ilk fazada öz layihələrini ayrı-ayrı səsləyib təsdiq etməsi lazımdır. Bu mərhələdən sonra Nümayəndələr Palatası və Senatdan müzakirə heyətləri bir araya gələrək, layihənin iki fərqli versiya üzərində əlaqə axtarır. Bu razılaşma təmin olunmasından sonra üzərində anlaşılan mətn tək bir layihə halında bir daha iki fərqli cinahda səsverməyə təqdim olunur. Bu səsvermədən da keçdikdən sonra təsdiq üçün ABŞ prezidenti Donald Trampa təqdim olunur. Qanun Trampın imzalaması ilə birlikdə qüvvəyə minmiş olur. Türkiyəyə qarşı 90 günlük təqvim də bu razılıq prosesinin başa çatdıqdan sonra başlayacaq.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar