A24 Xeber

ABŞ Türkiyəyə Rusiya “S-400″nə alternativ təklif edib

ABŞ Türkiyəyə Rusiya “S-400″nə alternativ təklif edib
42
13 Aprel 2018 - 3:43

 Birləşmiş Ştatların müdafiə naziri Ceyms Mettis Türkiyə ilə Ankaranın Rusiya “S-400” kompleksləri almasına dair danışıqların detallarına aydınlıq gətirib.

Pentaqon rəhbəri ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə bildirib ki, Vaşinqton Rusiya silahlarına alternativ təklif etmək niyyətindədir.

“Biz Türkiyə ilə bu barədə, o cümlədən NATO (standartlarına) uyğun sistemlər əldə etmək imkanı verəcək hərbi texnikanı satın alma variantları vermək imkanlarına dair danışıqlar aparırıq”, – deyə Mettis bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin qərarı NATO maraqlarına uyğun deyil, çünki bir bölgəyə ziddiyyətli raket əleyhinə müdafiə sistemləri yerləşdirilir.

Bundan əvvəl Moskva və Ankara zenit raket komplekslərinin tədarük müddətinin tezləşdirilməsi barədə razılıq əldə edib. //report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00