ABŞ Türkiyəyə verdiyi sözü niyə tutmadı? - ŞƏRH

ABŞ Türkiyəyə verdiyi sözü niyə tutmadı? – ŞƏRH
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin şəkillərini paylaşır.

A24.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb:

“ABŞ Dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyədə Ərdoğan və Çavuşoğlu ilə görüşdü. O, Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və “ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı bildirmişdim.

Heç nə dəyişmədi. ABŞ əvvəlki tək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır. Üstəlik, Vaşinqtondan açıqlama gəlir ki, Türkiyə Suriyadakı atəşkəsə riayət etsin. Ortaq mexanizmlər də söz olaraq qaldı. Beləcə, Ankara-Vaşinqton xəttində gərginlik davam edir”, – siyasi şərhçi qeyd edib.

Politoloq bildirib ki, Fransa da “bölgədə varam” deməyə çalışır:

“Paris də Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa Prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir. Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir, Almaniya isə ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər.

Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır, Türkiyəyə “hücumu dayandır” və ya “atəşkəsə riayət et” mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir”.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar