A24 Xeber

ABŞ “vasitəçilik” edir: Venesuelada

ABŞ “vasitəçilik” edir: Venesuelada
33
08 Sentyabr 2018 - 20:49

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuela prezidenti Nikolas Maduronun devrilməsinə dair planları venesuelalı üsyançı zabitlərlə müzakirə edib.

A24.Az xəbər verir ki, bu barədə Amerikanın “New York Times” qəzeti Venesuelanın hərbi mənbələrinə istinadla yazır.

Nəşr qeyd edir ki, ABŞ prezidenti administrasiyası ilə müxalifətdə olan zabitlər arasında məxfi görüşlər bir il ərzində davam edib.

Adı açıqlanmayan venesuelalı yüksək rütbəli hərbi qulluqçu bildirib ki, Maduro hökumətinə qarşı ən azından üç hərbi qrup əməliyyat hazırlayıb. Lakin bu planlar reallaşmayıb.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00