ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar

ABŞ və Cənubi Koreya KXDR-ın etirazından sonra birgə hərbi təlimlərini dayandırıblar
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ və Cənubi Koreya Donald Tramp və KXDR lideri Kim Çen In arasında keçiriləcək görüş  ərəfəsində Pxenyanın narazılığına səbəb olan birgə hərbi təlimlərini dayandırıblar.

Bu barədə “The Wall Street Journal” qəzeti amerikalı yüksək rütbəli şəxslərə istinadən yazıb.

Məlumata əsasən, təlimlər rəsmi Seulun təşəbbüsü ilə dayandırılıb. Cənubi Koreya rəhbərliyi  ABŞ-KXDR sammiti ərəfəsində təlimlərin keçirilməsinin yarımadada gərginliyin artmasına səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

 Bundan əvvəl KXDR Cənubi Koreya ilə mayın 16-na planlaşdırılmış yüksək səviyyəli danışıqlardan imtina edib. Rəsmi Pxenyan həmçinin ABŞ-la planlaşdırılmış birgə sammitdən də imtina edəcəyi ilə hədələyib.
A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar