A24 Xeber

ABŞ və İranın neft oyunu Yaponiyanın başında çartlayır – Tokio isə qərarında israrlıdır

ABŞ və İranın neft oyunu Yaponiyanın başında çartlayır – Tokio isə qərarında israrlıdır
29
01 Sentyabr 2018 - 12:49

Yaponiya rəhbərliyi İrandan neft idxalını davam etdirmək məsələsində israrlı olduğunu bildirib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Tokio rəhbərliyi ABŞ-ın neftə qarşı qoyduğu sanksiyalar başladıqdan sonra İrandan xam neft idxalına davam etmək istədiyini və bu istiqamətdə Amerika ilə danışıqları davam etdirdiklərini ifadə edib.

Tokio rəhbərliyi İrandan neft idxalını Yaponiyanın enerji təhlükəsizliyi və ticarəti davam etdirməsi aspektindən əhəmiyyətli olduğunu vurğulayıb.

Xatırladaq ki, iyul ayında mətbuatda yayılan məlumata görə, Yaponiyanın neft şirkətləri İrandan neft idxalını tam dayandırmağa hazırlaşırlar. “Nikkey” qəzetinin məlumatına görə, İrandan neft idxalı cari ilin oktyabrında dayandırılacaq. Bunun əvəzində isə Yaponiya xam nefti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alacaq.

Qəzet bildirir ki, Yaponiyanın İrandan neft alan “JXTG Holdings” və “Idemitsu Kosan” kimi şirkətləri ABŞ-dan 2018-ci il noyabrın əvvəllərinədək idxalı dayandırmaq barədə xəbərdarlıq alıblar. İdxalın davam etdiriləcəyi təqdirdə həmin şirkətlərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunacaq.

Bu ərəfədə yapon bankları da milli neft şirkətlərini İran nefti ilə bağlı tranzaksiyaları dayandıracaqları barədə xəbərdar ediblər ki, bu da idxalı tamamilə mümkünsüz edir.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00