ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək

ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

Hava limanlarında yalnız AZAL-ın Nyu-York-Bakı reysi ilə səfər edən ABŞ vətəndaşlarına “ASAN Viza” veriləcək.

A24.Az məlumat verir ki, Azərbaycana xüsusi dəvətnamə əsasında, habelə beynəlxalq tədbirlərdə iştirak üçün gələn əcnəbilər də hava limanlarında “ASAN Viza” sistemindən faydalana biləcəklər.

Qeyd edək ki, “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

“ASAN Viza” vasitəsi ilə hava limanında 15 ölkə – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar verilir.

Quraşdırılmış “ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nağd ödəmələr üçün əsginas qəbuledicilərlə təmin olunub.

“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla – 7 dildə fəaliyyət göstərir.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.
Hazırda “ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir.

Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar