A24 Xeber

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb

Abşeronda maşının vurduğu piyada xəstəxanadan qaçıb
41
04 Mart 2018 - 15:15

Abşeron rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

A24.Az xəbər verir ki,  hadisə Ceyranbatan bağları ərazisində baş verib.

Abşeron Ceyranbatan Peşə Liseyinin yataqxanasında yaşayan 1977-ci il təvəllüdlü Əsədov Vüqar İbrahim oğlu ərazidəki marketin qarşısında yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən Vüqar Əsədov sonradan oradan qaçıb. Xəstəxanadan verilən məlumata görə, o, xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.

Report

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00