A24 Xeber

Abxaziya baş naziri yol qəzasında vəfa etdi

Abxaziya baş naziri yol qəzasında vəfa etdi
25
09 Sentyabr 2018 - 11:17

Abxaziya baş naziri Gennadi Gagulyanın Gudauta bölgəsindəki Miusera yaşayış yerinə yaxın bir bölgədə keçirdiyi yol qəzası nəticəsində həyatını itirdiyi bildirilib.

A24.Az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Abxaziya Hökumət sözçüsü Diana Zantarianın məsələyə dair açıqlamasında “bəli bu məlumatı (ölüm xəbərini) təsdiq edirik. Qəza Miusera yaxınlığında baş verib. Əldə edilən ilk məlumatlara görə xəstəxanaya aparılan Gennady Leonidoviç hələ də həyatdadır. Qəzada başqa bir yaralı yoxdur”, – deyə o bildirib.

Sözçüsünün açıqlamasına görə qəza şənbə axşamı Gagulyanın Soçiden Abxaziyaya səfəri zamanı baş verib.

Digər tərəfdən, Abxaziya prezident sözçüsü Naala Avidzba, qazanın terror hücumu və ya sui-qəsd olmadığını açıqlayıb: “Bu bir qəzaydı. Baş nazir yol qəzasında həyatını itirdi. Terror hücumu və ya sui-qəsd yoxdur”. Daxili işlər Nazirliyinin açıqlamasına görə, qəzada 2 nəfər yaralanıb.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00