Ac qalan ayılar qəbirlərə hücum etdi

Ac qalan ayılar qəbirlərə hücum etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Rizə şəhərində kəndlilər məzarlara dadanan ayılar üçün növbə tuturlar.

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kəndlilər ayıların bu hərəkətlərinə təəccübləniblər. Belə ki, kəndlilərdən biri yolda insan kəlləsini görərək dəhşətə gəlib və hadisəni kəndin muxtarına danışıb.

Kəndlilərlə birgə muxtar qəbir daşlarını yoxlayıb. Bu kənddə kütləvi qəbiristanlıq olmadığına görə, kəndlilər  dünyasını dəyişənləri bağçalarda dəfn edirlər. Kəllənin 2 il əvvəl dünyasını dəyişən və öz bağçasında dəfn edilən kəndin imamına məxsus olduğu məlum olub. Ayı məzarı didik-didik edib.

Kəndin sakinləri məzarları qorumaq üçün gecələr növbə tuturlar.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar