A24 Xeber

Acı bibər yemək insanı öldürə bilər? – Hadisədən qaynaqlanan ARAŞDIRMA

Acı bibər yemək insanı öldürə bilər? – Hadisədən qaynaqlanan ARAŞDIRMA
82
20 May 2018 - 16:54

Dünyada bir çox qeyri-adi yarışlar keçirilir. Bunlar arasında ən qəribəsi ötən gün Amerikada gerçəkləşdirilib. Yarışda iştirak edən 34 yaşlı şəxs getdiyi xəstəxanada qan damarlarının daraldığını öyrənib.

“A24.az” xarici mediaya istinadən xəbər verir ki, “Carolina Reaper” olaraq adlandırılan bitki tamamilə acıdır və insanlara göstərdiyi təsir də özü qədər qeyri-adidir. Belə ki, acı bibəri yemək üçün yarışmada iştirak edən 34 yaşlı adı açıqlanmayan şəxs yarış bitmədən Detroytdakı xəstəxanalardan birinə aparılıb.

Xəstə acı bibərləri yedikdən sonra dərhal başının arxasından ağrı başlayıb və 2 saniyə ərzində yayılaraq şiddətli ağrılar qopub. 34 yaşlı iştirakçının başı müayinə edilərkən onun beyin damarlarında müvəqqəti daralmanın yarandığı və çoxlu sayda nevroloji simptomların yaşandığı ortaya çıxıb.

Həkimlərin gəldiyi qənaətə görə, şiddətli ağrılar insan həyatı üçün təhülkə də yarada bilər.

Qeyd edilir ki, 2012-ci ildə aparılan araşdırma zamanı 25 yaşlı adamın qırmızı bibərdən hazırlanan həbləri içəndən sonra arıqladığı, infarkt və damarlarda spazm keçirdiyi müşahidə edilib.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00