Acun Ilıcalının başına elə bir hadisə gəldi ki, canlı yayımı təxirə SALDI- FOTO/ VİDEO

Acun Ilıcalının başına elə bir hadisə gəldi ki, canlı yayımı təxirə SALDI- FOTO/ VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Acun Ilıcalının başına bədbəxt hadisə gəlib.
A24.Az xəbər verir ki, Dominikan Respublikasında bir neçə ölkə üçün eyni anda “Survivor” verilişinin sahibkarlığını edən Ilıcalının başına heç vaxt yaşamadığı bir olay gəlib. Ilıcalının operatorlarından biri olan 24 yaşlı Alper Baycın bıçaqlanaraq öldürülüb.

Bir müddət bundan əvvəl reportaj verən Ilıcalı Dominikan Respublikasında, onların “Survivor” yarışmasını çəkdiləri yerdə çox möhkəm təhlükəsizlik sisteminin olduğunu demişdi. Hətta məşhur televiziya sahibi təchiz etdikləri təcili tibbi yardım maşınlarında əməliyyat etdirilə biləcək şəraitin olduğunu da vurğulamışdı.
Bu açıqlamadan sonra belə bir hadisənin yaşanma səbəbi ağıllara “necə baş verib?” sualını gətirib.
Qeyd edək ki, bədbəxt hadisə məhz həmin ərazidə baş verməyib. Çəkiliş məkanından uzaqda, mərkəzi küçələrdən birində Alper Baycınının qarşısını kəsən iki şəxs ondan telefon və çantasını istəyiblər. Bu hadisə qarşısında isə o müqavimət göstərdiyi üçün canilərdən biri düz ürək nahiyyəsindən onu bıçaqlayıb.

Yerindəcə keçinən Baycına qarşı bu əməli törədənlər artıq tutulub.
Məsələ ilə bağlı Ilıcalı açıqlama da verib. Belə ki, o “Çox sevdiyimiz qardaşımız Alper Baycına edilən hücum nəticəsində öldürülüb. Yaşadığımız kədəri təsvir edə bilmirəm. Onun sevənlərinə və ailəsinə başsağlığı və səbr diləyirik. Məkanın cənnət olsun Alper qardaşım” deyib.
Qeyd edək ki, yerli mediada yayılan məlumata görə bu gün canlı yayımlanması planlaşdırılan “Survivor” verilişi təxirə salınıb. Ilıcalının bu gün mediyaya açıqlama verəcəyi gözlənilir.

İlk dəfə yaşanan bu olay qarşısında Acun mediya işçiləri də kədərli olduqlarını, danışa bilmədiklərini, hadisənin şokunu üstlərindən ata bilmədiklərini vurğulayıb.
Qeyd edək ki, 10 ildən daha uzun bir müddətdir davam edən survivor yarışmasında belə bir hadisə ilk dəfədir ki, yaşanır.

X.V, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Sağlamlıq, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar