A24 Xeber

Adnan Oktar cinayətində ortaya inanılmaz detal çıxdı

Adnan Oktar cinayətində ortaya inanılmaz detal çıxdı
40
11 Sentyabr 2018 - 11:27

İstanbul Polis İdarəsi FETO-nun 2007-2011-ci illər arasında Adnan Oktar qrupuna qarşı 13 min səhifəlik istintaq dosye hazırlandığı ortaya çıxıb. Ancaq istintaqın əməliyyat keçirilmədiyi və faylda yerləşən 8 gizli şahidin adının də Oktar qrupuna sızdırıldığı öyrənilib.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul İqtisadi Cinayətlərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatda Adnan Oktarın da aralarında olduğu 169 nəfər həbs olunub.

Habertürk bildirir ki, iqtisadi polis keçmiş illərdə İstanbul Polis İdarəsində Adnan Oktar qrupuna qarşı əhatəli bir istintaq aparılıb-aparılmadığını da araşdırıb. İstanbul Polis İdarəsində FETO-nun hakim olduğu illərdə də Adnan Oktar qrupuna qarşı çox əhatəli bir istintaq aparıldığı ortaya çıxıb. İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsi tərəfindən 2007-2011-ci illər arasında aparılan Adnan Oktar istintaq dosyesinin 13 min səhifə olduğu öyrənilib. Adnan Oktar qrupunun qarışdığı bütün cinayətlərin bir-bir təsbit edilməsinə baxmayaraq, 4 il müddətinə davam edən istintaqın da bir cür əməliyyata edilmədiyi müəyyən edilib. Digər tərəfdən, istintaqa yerləşən və Adnan Oktar qrupunun bütün çirkli işlərini polisə izah edən 8 gizli şahidin adının də Oktar qrupuna keçirildiyi ortaya çıxıb. Adnan Oktar qrupunun özləri haqqında polisə məlumat verdiyini öyrəndikləri gizli şahidləri sosial mediada sanki linç etdikləri və haqlarında şikayətçi olduqları bildirilib.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00