Adnan Oktar əməliyyatında daha bir həbs: Təşkilatın "kassiri" tutuldu

Adnan Oktar əməliyyatında daha bir həbs: Təşkilatın “kassiri” tutuldu
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyədə Adnan Oktar qrupunda keçirilən əməliyyatda, nəzarət altında saxlanılan şübhəlilərin hesablarına pul yatıran vəkil həbs olunub.

A24.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dindirmə zamanı şübhəlilərin ailələri ilə danışıqlarına əngəl törətdiyi ortaya çıxıb.

Adnan Oktar qrupuna qarşı keçirilən əməliyyatlarda həbs olunan yerli həbsxanada ziyarət edərək hesablarına pul yatıran “təşkilatın kassiri” adlanan Kənan Yavuz Y. saxlanılıb. A.Oktar qrupunun eynilə FETO kimi zindanındakı təşkilat üzvlərinə məhkəmədə etiraf çıxışı etməmələri üçün Yavuz Y. vasitəsi ilə pul və vəkil imkanı təmin etdiyi ailələri ilə danışıqlarını qadağan etdiyi öyrənilib.

İstanbul İqtisadi Cinayətlərlə Mübarizə Şöbəsinin İdarəsinin bölmələri, Adnan Oktar araşdırması çərçivəsində şübhəlilərin ailələrin “Uşaqlarımız həbsxanada bizimlə görüşmür. Bizim göndərdiyimiz vəkilləri qəbul etmir, hətta bizdən pul da almırlar” şikayət üzrə işə başlayıb. Türkiyənin “Axşam” qəzetindən Devrim Tosunoğlunun xəbərinə görə, aparılan istintaqda Adnan Oktar qrupundan olan bir adamın FETO-nun 15 iyul dövlət çevrilişinə cəhddən sonra həbsxanaları bir-bir gəzərək təşkilat üzvlərinə pul verdiyi, təşkilatdan başqa vəkil və ailələrlə görüşməyin təsiri altında olduğu müəyyənləşdirilib. 10 nəfərin hesabına pul qoyub. Maliyyə polis idarəsi Kənan Yavuz-un 10 ayrı məhbusun ailəsini ziyarət edərək onlara pul verdiyini müəyyən edib.

Orxan Aslanlı / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar